|
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Tərəqqi-Ş” MMC (VÖEN – 1302085961) olub. Tenderin qalibi olan şirkət FHN-in sifarişi əsasında Şamaxı və İsmayıllı rayonlarında 3 ədəd 3 otaqlı fərdi yaşayış evi tikəcək və qarşılığında 270 min 200 manat 79 qəpik alacaq. Açıqlanan məlumatlardan belə görünür ki, FHN 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikitisinə 90 min 67 manat xərcləyəcək. Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Tərəqqi-Ş” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil ev 40-da yerləşən MMC-nin qanuni təmsliçisi Yaqubov Şakir Xanbala oğludur.
Geri qayıt
|