Əsas Səhifə > Güney Press > Bakıda tualet DAVASI: həbs olunan var
Bakıda tualet DAVASI: həbs olunan varDünən, 17:45 |
|
Bakıda tualetə girmək üstündə qadınlarla dalaşan kişi həbs olunub. Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. 42 yaşlı Süleyman Qədirov (ad və soyad şərtidir) dostları ilə kafedə spirtli içki içəndən sonra sərxoş olub. O, təbii ehtiyacını ödəmək üçün yaxınlıqdakı dərzi sexinə girərək, sanitar qovşaqdan istifadə etmək istəyib. Lakin qadınlar onu tanımadıqları üçün içəri girməsinə icazə verməyiblər. Nəticədə Süleyman sərxoş halda səs-küy salaraq, onlarla mübahisə edib. Bu zaman səs-küyə gələn polislər Süleymana irad bildirib onu dayandırmağa çalışsalar da, o, məhəl qoymayıb və qanunsuz hərəkətlərinə davam edib. Nəticədə Süleyman Qədirov saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddəsilə protokol tərtib olunub. Binəqədi rayon Məhkəməsinin qərarı ilə Süleyman Qədirov barəsində 10 gün müddətinə inzibati qaydada həbs cəzası verilib. Geri qayıt |