Əsas Səhifə > Güney Press > Bakıda aptekdə SOYĞUNÇULUQ
Bakıda aptekdə SOYĞUNÇULUQDünən, 16:38 |
|
Suraxanı rayonunda soyğunçuluq edən şəxs saxlanılıb. Lent.az xəbər verir ki, noyabrın 3-də paytaxtın Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib. Rayon ərazisindəki apteklərin birində çalışan şəxs polisə müraciət edərək 200 manatının tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı E.Kərimov saxlanılıb. Araşdırma aparılır. Geri qayıt |