Əsas Səhifə > Güney Press > Şoyqudan qəribə açıqlama
Şoyqudan qəribə açıqlamaDünən, 16:21 |
|
Ermənistan və Azərbaycan arasında münasibətlər hələ tam şəkildə tənzimlənməyib. Şoyqu bildirib ki, Rusiya Cənubi Qafqazda sabitliyin qorunması və sülhün təmin olunmasında əsas rol oynayıb və oynamaqda davam edir. “Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında tam həllini tapmamış məsələlər mövcuddur. Lakin Rusiya bu prosesdə mühüm rol oynayıb və bölgədə sülhün bərqərar olmasına əhəmiyyətli töhfə verib”, – deyə Şoyqu vurğulayıb. O həmçinin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisindən keçməklə birləşdirə biləcək yol layihəsini müsbət qiymətləndirib. Lakin bəzi KİV-lərin bu marşrutu “Tramp yolu” adlandırmasını “ekzotik və əsassız” adlandırıb. Şoyqu Cənubi Qafqazda kommunikasiyaların açılmasının və iqtisadi əməkdaşlığın genişlənməsinin sülh prosesinin davamı üçün vacib olduğunu bildirib. Geri qayıt |