Əsas Səhifə > Güney Press > Gürcüstanda polisi yaralayan azərbaycanlı öldürüldü
Gürcüstanda polisi yaralayan azərbaycanlı öldürüldüDünən, 15:27 |
|
Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları bir neçə bölgəni əhatə edən əməliyyat keçirib, 34 nəfər saxlanılıb. Məlumata görə, əməliyyat zamanı kriminal avtoritet kimi tanınan Elmuraz Məmmədov da saxlanılanlar arasında olub və prosesdə mühüm rol oynayıb. Axtarışlar zamanı şübhəlilərin evlərindən kompüter və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb. İş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır. DİN rəhbərliyinin açıqlamasında qeyd olunub ki, əməliyyatlar nəticəsində bir neçə il öncə qeydə alınmış qanunsuz silah dövriyyəsi faktı da ifşa edilib və şübhəlilərdən Davit Çubinidze həbs olunub, Davit Mikadze barəsində isə qiyabi ittiham veriləcək. Faktlarla bağlı istintaq davam etdirilir, saxlanılan şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Geri qayıt |