Əsas Səhifə > Güney Press > Azərbaycanlı biznesmen Tufan Sadıqov “Ximki” işi ilə bağlı iclasa çağırıldı

Azərbaycanlı biznesmen Tufan Sadıqov “Ximki” işi ilə bağlı iclasa çağırıldı


Dünən, 15:14

Rusiya Futbol İttifaqının Nəzarət və intizam komitəsi "Ximki"nin keçmiş investoru Tufan Sadıqovu klubun işi ilə bağlı dinləməyə dəvət edib.

Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, bu barədə komitə rəhbəri Artur Qriqoryants bildirib.

Bundan əvvəl Moskva Vilayət Arbitraj Məhkəməsi “Ximki”ni müflis elan edib. Rusiya Futbol İttifaqının Nəzarət və intizam komitəsi “Ximki”nin keçmiş baş direktoru Nikolay Olenevin iştirak etməməsi səbəbindən işə baxılmasını iki dəfə təxirə salıb. “Ximki”nin işi ilə bağlı qərar noyabrın 7-nə qədər təxirə salınıb.

"Ximki” futbol klubu işi üzrə dinləmələri davam etdirəcəyik. Tufan Sadıqovu dinləməyə dəvət etmişik", - Qriqoryants bildirib.

“Ximki” klubu iyunun 18-də fəaliyyətini dayandırdığını elan edib. Bundan əvvəl, maliyyə problemləri üzündən klub Rusiya Premyer Liqasının Dünya Kuboku mövsümündə iştirak etmək üçün lisenziya ala bilməyib və Rusiya çempionatının yüksək divizionunda mübarizə aparmaq imkanını itirib.


Geri qayıt