Əsas Səhifə > Güney Press > “Əliyev Göyçənin adını çəkirsə, mütləq onu alacaq”
“Əliyev Göyçənin adını çəkirsə, mütləq onu alacaq”Dünən, 12:17 |
|
“Paşinyanın məntiqi bu idi ki, Qarabağı verək, sülh içində yaşayaq. Qarabağ əlimizdən çıxdı, amma sülh yoxdur”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb. Məqaləədə deyilir ki, Ermənistanın baş naziri indi də Göycə gölü məsələsi gündəmə gətirir. “Paşinyan bu günkü çıxışında Prezident Əliyevə haqq qazandırdı. Yəqin sabahdan yeni fikir dövriyyəyə buraxılacaq. Paşinyançılar deyəcəklər ki, gəlin Göycəni verək, sülh içində yaşayaq”. Erməni nəşri daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına da münasibət bildirib. “İlham Əliyev heç bir vaxt sözü boşuna demir. O əldə edə biləcəyi və həyata keçirə biləcəyi nə varsa, hamısını dilə gətirir. Əgər Göycənin adını çəkibsə, mütləq alacaq”. Geri qayıt |