Əsas Səhifə > Güney Press > Oteldə meyiti tapılan 37 yaşlı vəkil həm də şair imiş
Oteldə meyiti tapılan 37 yaşlı vəkil həm də şair imişDünən, 12:09 |
|
Bu gün Yevlaxda otellərin birində meyiti tapılan vəkil Elkin Kərimli həm də şair imiş. Kult.az xəbər verir ki, onun bir neçə şeiri “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Həm qəzetdə, həm də özünün sosial şəbəkə səhifəsində paylaşılan şeirlərinin əksəriyyəti pessimist ruhda olub. Mərhumun şeirlərindən birini təqdim edirik: Ömrümdən bir il də beləcə getdi Ömrümdən bir il də beləcə getdi, Boşuna gözlədim, boşuna səni. Yüksəklik qorxunu bilsəydim əgər, Qoymazdım qəlbimin başına səni... O qədər gözəllər düşdü gözümdən, Səndən başqasına gözüm düşmədi. Ya bu il mənimçün uğursuz oldu, Ya da ki, ayağın mənə düşmədi. Başıma nə gəldi, nələr gəlmədi Sənə sevdiyimi deyəndən bəri. Elə bil, bir az da cana gəlmisən Ömrümü-günümü yeyəndən bəri. Qeyd edək ki, "Fortiori" vəkil bürosunun üzvü Elkin Zakir oğlu Kərimli Yevlax şəhərindəki “Həmdəm” otelində dərmandan zəhərlənərək ölüb. Geri qayıt |