Əsas Səhifə > Güney Press > Rusiyada daha bir azərbaycanlı iş adamına
Rusiyada daha bir azərbaycanlı iş adamınaDünən, 11:49 |
|
Rusiyanın Yekaterinburq şəhərində gizli spirtli içki istehsalı sexi aşkar edilib. Lent.az yerli mediaya istinadla bildirir ki, sex Pervomayskaya küçəsində, barın içərisində yerləşir. Müəssisənin azərbaycanlı sahibkarı əvvəllər şərablı dondurmanın qanunsuz satışı ilə məsuliyyətə cəlb olunmuş Heydər Nəsrəddin oğlu Əliyevdir. Müəssisədə mənşəyi bilinməyən spirt tərkibli maye ilə dolu onlarla beş litrlik qab aşkar olunub və həmin maye burada adi əl üsulu ilə butulkalara doldurulub. Qutularda boş qablar və etiketlər də tapılıb, yəni tam şəkildə gizli sex fəaliyyət göstərib. Sahibkarın hərəkətləri Rusiya Cinayət Məcəlləsinin 171.3-cü maddəsinə (alkoqollu və spirt tərkibli məhsulların qanunsuz istehsalı və dövriyyəsi) uyğun gəlir və bu maddə beş ilədək həbs cəzası nəzərdə tutur. Hazırlanmış bütün məhsullar və avadanlıqlar maddi sübut kimi müsadirə edilib. Qeyd olunur ki, elə müəssisənin özündə də müştərilərə satmaq üçün lazım olan lisenziyası olmadan araq, konyak və digər güclü spirtli içkilər təqdim olunub. Geri qayıt |