Əsas Səhifə > Güney Press > Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqe
Eynulla Fətullayevdən Mehdiyevlə bağlı mövqeBu gün, 17:46 |
|
Ramiz Mehdiyevin gəlinini işdən çıxarıblar… Bu xəbəri mediayabənzər, vaxtilə Mehdiyev tərəfindən yaradılmış və maliyyələşdirilmiş vərəqələr elə həvəslə tirajlayır ki, sanki xalqa sensiya çatdırırlar. Ramiz Mehdiyevin gəlini harda işləyir? Prezident Admistrasiyasında? Bəlkə polisdə? Ya xüsusi xidmət orqanlarında? Yox, həkimdir. Bəlkə xanım bacarıqlı həkimdir və çox insanın sağlamlağını və həyatını xilas edəcəkdi? Ramiz Mehdiyevin gəlini də dövlət çevrilişində iştirak edib? Hakimiyyəti qəsb etmək istəyib? Yox, belə bir məlumat yoxdur. Onda bu xanım niyə işdən çıxarılmalıdır? Heç oğul ataya görə cavab verə bilməz, məgər gəlin qayınataya görə cavabdehdir?
Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev sosial şəbəkə hesabında qeyd edib.
“Bəlkə bir dəstə toplayıb Fövqəladə Hallar Nazirliyinə hücum edək? FHN-də Mehdiyevin oğlu işləyir. Onu kabinetindən çıxarıb balkondan ataq! Necə təklifdir? Ramiz Mehdiyevin nəvələrinin dərisini soyaq! Necə təklifdir? Yeznəsini də edam edəkmi?
Çində mədəni inqilab zamanı, Kambocada da Pol Pot üsul-idarəsi illərində partiyaya xəyanət etmiş şəxslərin qohum-əqrəbasını da qırırdılar…
Azərbaycanda artıq nəinki oğul ataya görə, hətta gəlin qayınataya görə də cavabdehdir! Bunu da bildik! Bunu da gördük!” - o vurğulayıb.
Eynulla Fətullayev paylaşımına aşağıdakı fotonu əlavə edib:
Geri qayıt |