Əsas Səhifə > Güney Press > Ermənilər sərhəddə bunkerlər tikirlər

Ermənilər sərhəddə bunkerlər tikirlər


Bu gün, 13:15

Ermənistanın Tavuş vilayətində silahlı qüvvələrə yeni silahlar verilib, bölgədə yeni bunkerlər tikilir, çox böyük, nəhəng və bahalı işlər görülür.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İctimai Şurasının üzvü Sosi Tatikyan “Haykakan Jamanak”a məlumat verib.

O bildirib ki, ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyanla Tavuşun Kirants qəsəbəsinə səfər edən İctimai Şuranın üzvləri arasında o da olub:

“Təkcə Kirantsda aparılan işlərlə deyil, həm də Ermənistan silahlı qüvvələri üçün alınmış və ölkə daxilində istehsal olunan bəzi silahların nümunələri ilə tanış olduq. Çox böyük, nəhəng və baha başa gələn iş aparılır”.

Sosi Tatikyan iddia edib ki, bütün bu işlər “sırf Ermənistan ərazisinin müdafiəsi üçün” görülür.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 25-də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants qəsəbəsinə səfər eləmişdi.


Geri qayıt