Əsas Səhifə > Güney Press > G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək

G7 ölkələri Ukraynanın enerji sisteminin bərpasına yardım edəcək


Bu gün, 12:36

“Böyük Yeddilik” (G7) ölkələrinin energetika nazirləri Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı son hücumlarını qınayaraq, Kiyevə enerji sisteminin bərpasında yardım etməyə hazır olduqlarını açıqlayıblar.

APA xəbər verir ki, bu haqda G7-nin Kanada sədrliyi rəsmi bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ölkənin enerji təhlükəsizliyinə ciddi təsir göstərir və mülki əhali üçün real təhlükə yaradır. G7 nazirləri Ukraynanın ərazi bütövlüyü, azadlığı, suverenliyi və müstəqilliyinin müdafiəsində “dəyişməz dəstək”lərini təsdiqləyiblər.

“Biz Ukrayna və onun xalqına birgə dəstəyimizi bildiririk, onlar davamlı çətinliklərə baxmayaraq cəsarət və dözüm göstərirlər”, - bəyanatda deyilir.

Bəyanatda G7 Ukraynanın həm iqtisadiyyatı, həm də vətəndaşları üçün enerji tələbatını ödəmək üzərində işləyəcəyini açıqlayıb.


Geri qayıt