Əsas Səhifə > Güney Press > Roman Nasirov 6 il azadlıqdan məhrum edildi

Roman Nasirov 6 il azadlıqdan məhrum edildi


Dünən, 01:09

Ukraynanın Ali Korrupsiyaya qarşı Məhkəməsi (VAKS) Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri Roman Nasirovu altı il həbs cəzasına məhkum edib.

Musavat.com xəbər verir ki, Nasirov sabiq millət vəkili Aleksandr Onişşenkonun şirkətlərinin maraqlarına uyğun olaraq qanunsuz qərarlar qəbul etməkdə təqsirli bilinib.

Məhkəmənin qərarına əsasən, o, 6 il azadlıqdan məhrum edilmə və 17 min qrivna məbləğində cərimə (maddə üzrə maksimal ölçü) ilə cəzalandırılıb. Bundan əlavə, Nasirova üç il ərzində dövlət vəzifəsi tutmaq qadağan olunub.

Qeyd edək ki, bu iş Ukraynada iri korrupsiya ittihamları ilə bağlı açılan ən səs-küylü məhkəmə proseslərindən biri sayılır.


Geri qayıt