Əsas Səhifə > Güney Press > "Xaricdə fəaliyyət göstərən bəzi müxalif şəxsləri ölkəyə gətirmək Araiki gətirməkdən də çətin prosesdir"
"Xaricdə fəaliyyət göstərən bəzi müxalif şəxsləri ölkəyə gətirmək Araiki gətirməkdən də çətin prosesdir"Dünən, 15:55 |
Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədov və digərlərinin Azərbaycana gətiriləcək. Məlumatı deputat Elman Nəsirov da təsdiqləyib. Deputat TNS TV-yə müsahibəsində bildirib ki, həmin şəxslər Azərbaycana mütləq gətiriləcək, sadəcə zaman məsələsi var.“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,bu fikirlər daha ciddi kanaldan səslənərsə inandırıcı olar: “Elman Nəsirovdur da, danışır da… Bunu Əli Nağıyev və ya Vilayət Eyvazov desə inandırıcı olar. Belə məlumatlar hüquq-mühafizə orqanlarından gəlməlidir. Yoxsa, belə informasiyaları çox eşitmişik. Bətən xainləri, söyüş söyənlər, şər-böhtan atanlar ölkəyə gətirilməlidir. Onların içində belələri var. Amma onları Avropadan gətirmək, Araiki tutub gətirməkdən daha çətindir”. Əhəd Məmmədli qeyd edib ki, əgər çətin olmasaydı, bu proses çoxdan baş vermişdi.
Politoloq hesab edir ki, Azərbaycandan onlara kimin pul ötürdüyü də məlumdur və artıq sirr deyil: “Onlar özləri bir-birinə deyirlər ki, "Bakıdan kart gəldi". Bakıdan kartları, pulları kim göndərir onlara? Təbii ki, "acından günorta yuxudan duran" müxalifət göndərmir ki, bunu xalqı kürüyə həsrət qoyan, amma özü gündə kürü yeyən iqtidar daxilindəki bəzi qüvvələr göndərir. Onlar müəyyənləşdirməli, ortaya çıxmalıdır. Yoxsa, bu oyunlardan maraqlı vəziyyət ortaya çıxacaq. Yəqin ki, bu hadisəni xatırlayırsınız: Bir yalançı çoban olur, bir dəfə deyir ki, “ay camaat, qoyunlarımı canavar yedi”. Camaat gəlir görürlər ki, yalan deyir. İkinci dəfə yenə qışqırır ki, “ay camaat, qoyunlarımı canavar yedi”. Yenə gəlib görürlər ki, yalan danışır. Üçüncü dəfə canavar həqiqətən hücum edir, çoban qışqırsa da, heç kim gəlmir. Yəni bu yalanlar, spekulyasiya, siyasi konyukturaya uyğun olan informasiyalar, “bu gün belə lazımdır, bu məlumat ver, sabah lazım deyilsə, vermə” kimi fikirlər ictimaiyyəti yorur. Ciddi bir iş görülməlidir. Elə bu Ramiz Mehdiyev məsələsində də… Tutursunuz tutun, buraxırsınız buraxın. Ailə məsələlərini ortaya töküblər. Jurnalist tutulur, onu Ramizlə əlaqələndirirlər. Kimsə qızına aliment vermir, kimsə oğluna nəsə vermir, kimin oğlu Rusiyadan tapılıb? Bu informasiya yığınından qurtulmaq lazımdır. Azərbaycan siyasəti belə olmamalıdır”. Əhəd Məmmədli təəssüflə bildirib ki, Azərbaycan siyasətinin bu vəziyyətdə olmasında ilk günahkar köhnə iqtidar və köhnə müxalifətdir: “Hansı ki, onlar 1993-cü ildə hakimiyyətdə olub. Baxın, onlar əl-ələ tutaraq, Azərbaycan siyasətini bu günə qoydular. Elə olmasaydı bu gün nə Elman Nəsirov siyasətdə olardı, nə də o söyüş söyən şəxslər. Təəssüf ki, siyasət bu qədər aşağı səviyyəyə endirildi. İndi də bir-birinə şərh verirlər. Amma söyüşlər də Bakıdan gəlir. Tapşırıqların bir qismi həm köhnə iqtidardan, həm də köhnə müxalifətdən verilir. Hamısı məlumdur. Nə vaxtsa bu ölkədə “Ağ partiya” iqtidar olsa, həqiqətən də real işlər görüləcək. Kimlərsə tutulacaqsa, doğrudan da tutulacaq, kimlərsə gətiriləcəksə, doğrudan da gətiriləcək. Yəni beıə söz oyunu daha olmayacaq”. Geri qayıt |