Əsas Səhifə > Güney Press > İşçi və işəgötürənlər məcburdurlar ki...
İşçi və işəgötürənlər məcburdurlar ki...Bu gün, 06:44 |
|
Praktikada mütamadi olaraq bu problemlərlə qarşılaşdığımız üçün bu statusu yazıram. Əmək münasibətləri dövründə işçi və işəgötürənlər Əmək Məcəlləsində nəzərdə tutulan aşağıdakı tələblərə əməl etməyə borcludurlar:
1. Əmək Məcəlləsinin tələblərinin Azərbaycan Respublikasının bütün iş yerlərində tədbiq olunması məcburidir.
2. Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
4. ✅İşçilərin Əmək Məcəlləsində nəzərdə tutulmayan: test, imtahan, müsahibə, müsabiqə, qiymətləndirmə və sair hallarla biliklərin yoxlanılmasına cəlb edilməsi qadağandır.
5. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev.(Allah rəhmət eləsin)
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"
Geri qayıt |