Əsas Səhifə > Güney Press > Dövlət qurumundan "Az-Tex-Import" şirkətinə

Dövlət qurumundan "Az-Tex-Import" şirkətinə


Dünən, 16:51

“Regional Su Meliorasiya Xidməti” PHŞ elan etdiyi tenderin nəticələrini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tender qəza bərpa nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan edilib. Tenderin qalibi "Az-Tex-Import" MMC olub.

Qalib şirkətə 7 859 800 AZN ödəniş ediləcək. Tender çərçivəsində 90 ədəd qəza bərpa bortlu nəqliyyat vasitəsi satın alınacaq.

Qeyd edək ki, “Az-Tex-İmport” MMC2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Telnov, ev 2347/48, m.290 ünvanında yerləşir.


Geri qayıt