Əsas Səhifə > Güney Press > DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub
DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunubBu gün, 15:27 |
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib. APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb. Geri qayıt |