Əsas Səhifə > Güney Press > Ramiz Mehdiyevə cinayət işi açılması xəbərini ilk yayan vəkil danışdı

Ramiz Mehdiyevə cinayət işi açılması xəbərini ilk yayan vəkil danışdı


Bu gün, 11:33

Ancaq bununla bağlı məlumatın mənə necə gəldiyini və mənbəni açıqlaya bilmərəm”.

Bunu “Yeni Sabah”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Pərviz Məmmədov deyib.

O bildirib ki, R.Mehdiyevin işində vəkil kimi iştirak etmir. 

“Jurnalist olmadığım üçün həmin xəbərin mənə istinad olunmadan paylaşılmasına iradım yoxdur. Peşəkar jurnalist deyiləm ki, mənim xəbərimə istinad verilməsini tələb edim. Sosial şəbəkədə öz profilimdə paylaşdım. Əsas odur ki, vətəndaşlarımızın bu barədə məlumatı oldu. Sözügedən xəbəri paylaşan saytları təqib etməmişəm və bunun üçün kimin istinad verib-vermədiyindən xəbərdar deyiləm”, - vəkil vurğulayıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.


Geri qayıt