Əsas Səhifə > Güney Press > Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib
Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilibBu gün, 16:20 |
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, Ramil Həsən MSK-ya müraciət edib. Ramil Həsən müraciətində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyi üçün deputat səlahiyyətlərinə xitam verilməsini istəyib və sənədlər araşdırılaraq Ramil Həsənin deputat səlahiyyətinə xitam verilməsi üçün əsaslar olduğu təsbit edilib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. *** saat 16.07 Mərkəzi Seçki Komissiyasının iclası başlayıb. APA-nın xəbərinə görə, iclasda Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi və cari məsələlər müzakirə olunacaq. Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib. Ramil Həsən vəzifəsinin icrasına bu gün başlayıb. Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub. Geri qayıt |