Əsas Səhifə > Güney Press > 374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub
374 min manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunubDünən, 17:26 |
Vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mirsənan Mürsəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Mirsənan Mürsəlizadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə materiallarına görə, Mirsənan Mürsəlizadə “biznesə sərmayə” və müxtəlif işlər adı altında ümumilikdə 374 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib. O, vurduğu ziyanın bir qismini ödəyib, həmçinin zərərçəkmişlərin bir neçəsi ondan şikayətçi olmayıb. Mirsənan Mürsəlizadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq — külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq məhkum edilib. Geri qayıt |