Əsas Səhifə > Güney Press > "Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi"
"Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi"Bu gün, 15:54 |
"Dünən Azərbaycan milli futbol komandası Ukrayna ilə sözün əsl mənasında futbol oynadı. Fransa ilə də elə bu üslubda oynamışdılar. Kimsə məğlubiyyətə görə komandanı atəşə tutmadı. Çünki hamımız anlayırıq ki, səviyyələr bərabər deyildi".
"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, komandalar yalnız səviyyəyə görə uğur qazanmırlar, ağıl və ruh faktoru çox önəmlidir:
"Dünən komandamız ağlını və ruhunu ortaya qoydu. Fağır bir azərbaycanlı məşqçi ilə bunu etdi. Fağır ona görə deyirəm ki, bu gün məcburiyyətdən onu bu postda saxlayıblar. Sabah kənarda hər cür sövdələşə biləcəkləri və təzminat ödəməyə hazır olduqları Santuş kimi birini tapsalar, Qurban Qurbanov, Arif Əsədov kimi onu gözdən salıb uzaqlaşdıracaqlar. Bilirsiniz nəyə sevinirəm? Futbolsevər Ayxan Abbasov futbol rəhbərliyindəki santuşsevərlərin və ya pulsevərlərin sifətinə son üç oyunla yağlı bir Osmanlı tokatı vurdu. Azərbaycan millisi də Azərbaycan dövləti, Azərbaycan vətəndaşı kimidir. Dünya siyasətində də, yaşam səviyyəsində də başqaları ilə bərabər gücə sahib olmaya bilərik. Ancaq bütün rəqabət mühitində məğlub olsaq belə, şəxsiyyətli duruşumuzu, əzmkar ruhumuzu qarşı tərəfə qəbul etdirməliyik. Məgər Qarabağ savaşında gücümüz artıq idi? Sadəcə ağlımızı və ruhumuzu sahəyə qoyub qəhrəman əsgərlərimizin (oxu: oyunçularımızın) və ali baş komandanımızın (oxu: baş məşqçimizin) sayəsində zəfər qazandıq! Futbol da meydançada ağlı və ruhu ilə tər tokənlərin uğur qazandığı bir oyun növüdür. Bu fağır azərbaycan övladlarını santuşsevərlərdən qoruya bilsək, irəlidə ciddi uğurlarımız da hökmən olacaq!".
Geri qayıt |