Əsas Səhifə > Güney Press > Putin Tokayevlə telefon danışığı aparıb
Putin Tokayevlə telefon danışığı aparıbBu gün, 13:08 |
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. APA-nın Moskva bürosu Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Qazaxıstan prezidentinin Rusiyaya qarşıdan gələn dövlət səfərinə hazırlıq kontekstində ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələlərini müzakirə olunub. Prezidentlər Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmləndirilməsinə, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə birgə layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Geri qayıt |