Əsas Səhifə > Güney Press > Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb
Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıbBu gün, 12:52 |
“Ümid edirik ki, ATƏT platforması indi və gələcəkdə sülhün möhkəmləndirilməsinə töhfə verəcək”. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Elina Valtonen ilə birgə mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, ATƏT sədrinin regiona səfəri tamamilə yeni şəraitdə, bölgə üçün əhəmiyyətli hadisənin - Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması fonunda baş verir. Mirzoyan vurğulayıb ki, ATƏT öz vasitələri ilə Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə xidmət edir: “İndi sülh təmin edildikdən və ATƏT-in Minsk qrupunun ləğvinə başlanıldıqdan sonra bu reallıqlar Ermənistan-ATƏT əməkdaşlığı baxımından yeni imkanlar açır”. O əlavə edib ki, yeni əməkdaşlıq üfüqlərini ortaya çıxarmaq lazımdır. Ararat Mirzoyan xalqlar arasında düşmənçiliyin aradan qaldırılmasına da diqqət yetirməyin vacib olduğunu vurğulayıb. Geri qayıt |