Əsas Səhifə > Güney Press > Putindən ermənilərə mesaj

Putindən ermənilərə mesaj


Bu gün, 12:44

MDB-nin Düşənbədə keçirilən sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında yaşanan dialoqla bağlı müzakirələr səngimək bilmir.

Belə ki, Kreml rəhbəri baş nazirdən iki ölkə arasında ticarət dövriyəsi ilə bağlı göstəriciləri soruşduqda eşitdiyi cavabla razılaşmayıb. Paşinyan dövriyyənin 4 milyard dollar olduğunu desə də, Putin ona etiraz edib və sadəcə 2024-cü ildə bu göstəricinin 9 milyard dollar olduğunu söyləyib. Liderlər müzakirəni davam etdirsələr də, səsləndirilən rəqəmlərin üst-üstə düşməməsi anlaşılmazlığa səbəb olub. Bu dialoq diqqətləri Ermənistanın son illərdə Rusiya ilə apardığı gizli iqtisadi əlaqələrə yönəldib.

Paşinyan gerçək rəqəmləri gizlətməyə çalışıb? Tərəflərin də fərqli göstəricilər açıqlamasına səbəb nədir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, yaşanan mübahisə iki dövlət arasındakı münasibətlərin gerçək vəziyyəti barədə aydın təsəvvür yaratmağa imkan verir:

“Paşinyan hazırda Qərbə inteqrasiya xətti yürüdür. Avropa İttifaqı (Aİ), ABŞ və Fransa ilə sıx əlaqələr qurur. Əgər real rəqəmlər, məsələn, 9 milyard dollarlıq dövriyyə açıqlanarsa, bu, onun Qərbə verdiyi siqnallarla ziddiyyət təşkil edərdi. Çünki Ermənistan artıq Rusiyadan uzaqlaşdığına dair təsəvvür formalaşdırmağa çalışır.

Digər tərəfdən, İrəvan son illərdə Moskvaya sanksiyaları yarmaqda kömək edir. Bu, ABŞ və Aİ-nin də diqqətindən yayınmayıb. Real dövriyyə açıqlanarsa, Ermənistanın Qərb sanksiyalarını dolaylı yolla pozduğu sübut oluna bilər. Paşinyan bu riskə getmək istəmir.

Burada daxili vəziyyət amilinə də diqqət edilir. Ermənistanda anti-Rusiya meyilləri artır. Paşinyan bu dalğanı idarə edir və “Moskvadan uzaqlaşan lider” obrazını qorumaq istəyir. Rəqəmlərin böyük olması bu imici zədələyə bilər. O səbəbdən Putin sözügedən çıxışı ilə Ermənistan ictimaiyyətinə və Qərbə mesaj göndərdi. Kreml rəhbəri demək istəyir ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı hələ də davam edir və istənilən an bu əlaqələr ifşa oluna bilər”.


Geri qayıt