Əsas Səhifə > Güney Press > Məhkəmə tanışına “120 minə ekskavator alacam” deyən şəxslə bağlı qərar çıxardı

Məhkəmə tanışına “120 minə ekskavator alacam” deyən şəxslə bağlı qərar çıxardı


Bu gün, 10:24

Ali Məhkəmədə dələduzluğa cəhddə təqsirləndirilən Feyruz Əhmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, kassasiya protesti isə təmin olunub, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə ləğv olunub və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilib.

İttiham aktına görə, Feyruz Əhmədov xüsusi texnika - ekskovator alınması və onun tanışı, zərərçəkmiş Zamiq Ömərovun (adı, soyadı şərtidir) adına rəsmiləşdirilməsində köməklik göstərməklə bağlı yalandan vədlər verərək aldadıb.

Təqsirləndirilən şəxs yalan vəd əsasında zərərçəkmişdən ilkin ödəniş kimi 48 500 manat məbləğində nağd pulu alıb və həmin pulu şəxsi ehtiyaclarına xərcləyib. Həmin davranışla o, Zamiqin etibarından sui-istifadə edərək 48 500 manat məbləğində zərər vurub, eyni zamanda ekskovatorun (qiyməti 120 000 manat) alınması üçün ümumi 120 000 manat əldə etməyi hədəfləyərək dələduzluq etməyə cəhd göstərib. Zərərçəkmiş aldadıldığını müəyyən etdikdən sonra qalan məbləği verməkdən imtina edib və təqsirləndirilən şəxs niyyətini başa çatdıra bilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Feyruz Əhmədov 7 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ona şərti cəza verilib.


Geri qayıt