Əsas Səhifə > Güney Press / Ana xəbər > Azarkeşlər də Rövşən Nəcəfə `GET` DEYİR...
Azarkeşlər də Rövşən Nəcəfə `GET` DEYİR...Bu gün, 09:15 |
"Farer adaları və Rövşən Nəcəf...
Qədim vikinqlərin varislərinin yaşadığı bu kiçik ada ölkəsinin ərazisi Azərbaycanın fetoçu baş neftçisi, ölkə futbolunun patronu Rövşən Nəcəfin müxtəlif rayonlarda özəlləşdirdiyi torpaqların yarısı qədər də deyil..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist, ictimai-siyasi fəal Fərəməz Novruzoğlu qeyd edib.
O daha sonra belə davam edir:
"Farer adaları əhalisi Rövşən Nəcəfin şirkətlərində işləyənlərin sayından azdır...
Farer adalarının illik büdcəsi Rövşən Nəcəfin bir ildə neft satışındakı "otkat"dan əldə etdiyi vəsaitin heç 40 %-i qədər deyil...
Farer adaları milli futbol komandasının oyunçuları hamısı həvəskar futbolçulardı - poçtalyon, müəllim, həkim, avtobus sürücüsü, bağban və s. Onların əsil iş yerlərindən aldıqları aylıq maaşın ümumi miqdarı 35-40 min avro təşkil edir (hər biri aylıq 3500 avro). Bizim millinin ən az maaş alan oyunçusunun aylıq gəliri 50 min avrodan yüksəkdi...
Farer adalarının milli komandası Dünya Çempionatı seçmə mərhələsində artıq 4 qələbə qazanıb, final yarışlarına vəsiqə əldə etmək imkanlarını qoruyub saxlayırlar. Bizim milli komanda isə... vəziyyət nə cürdür özünüz bilirsiniz...
Rövşən Nəcəf, niyə dəf olub getmirsən?!"
"DİA-AZ" xatırladır ki, futbol üzrə dünya çempionatının seçmə mərhələsinin "L" qrupunda çıxış edən Farer adaları Çexiya kimi güclü yığma futbol komandasını son görüşdə 2:1 hesabı ilə məğlub edib.
Geri qayıt |