Əsas Səhifə > Güney Press / Ana xəbər > Əli Qurbanov AZNEFT-in rəhbərliyindən uzaqlaşdırıldı
Əli Qurbanov AZNEFT-in rəhbərliyindən uzaqlaşdırıldıBu gün, 08:47 |
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib. "DİA-AZ" xəbər verir ki, bu məlumatı öz sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı açıqlayıb. NHMT sədrinin sözlərinə görə, Əli Qurbanov bundadn sonra fəaliyyətini UPSTREAM-da Xüsusi layihələr üzrə direktor vəzifəsində davam etdirəcək. "DİA-AZ" olaraq Ə.Qurbanovun dosyesini təqdim edirik: Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb. 2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib. Ə.Qurbanov bundan əvvəl Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru kimi çalışıb. Qeyd edək ki, Ə.Qurbanov 2024-ci ilin mart ayından Birliyə rəhbərlik edirdi. Geri qayıt |