Əsas Səhifə > Güney Press > Türkiyədə oxuyan azərbaycanlı qızın başına görün nə oyun açdılar

Türkiyədə oxuyan azərbaycanlı qızın başına görün nə oyun açdılar


Bu gün, 19:13

Türkiyədə ev kirayələmək istəyən azərbaycanlı tələbə dələduzluğun qurbanı olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İstanbulun Beşiktaş rayonunda yerləşən evi 6 aylıq kirayələdiyini düşünən 24 yaşlı Səidə Kərimova ümumilikdə 8 min dollar məbləğində pul ödəyib. Lakin şəhərə gəldikdə nə evin, nə də “ev sahibinin” mövcud olmadığını görüb.

Təxminən iki ay sonra İstanbula gələn qız göstərilən ünvana getdikdə həmin evin olmadığını öyrənib. Ətrafdakı sakinlər və satıcılar da belə bir evin mövcud olmadığını bildiriblər. Kərimova dərhal polisə müraciət edib və hadisə ilə bağlı araşdırma başlanıb.

“Polisi çağıracağımı deyəndə bizi otelə yerləşdirdi”

Səidə Kərimova başına gələn hadisəni belə danışıb:

“Bahçeşehir Universitetində magistr təhsili alıram. Son 6 aylıq dövr üçün Beşiktaşda ev axtarırdım. Bir saytda elan gördüm, amma evi bir illik vermədiklərini dedilər. Sonra başqa bir evi 6 aylıq təklif etdilər və fotolarını göndərdilər. Evi bəyəndim və avqust ayında kirayələdim. Mənə ev sahibinin kart nömrəsini göndərdilər və pulu köçürdüm. Oktyabrın 1-də İstanbula gələndə, guya ev sahibinin gecikdiyini dedilər və bizi kafedə gözləməyə məcbur etdilər. 4 saat gözlədik, amma gələn olmadı. Polisi çağıracağımı deyəndə, həmin şəxs gəlib bizi bir otelə yerləşdirdi.

“Bizi bəhanələrlə aldatdı, pulu geri qaytarmadı”

Səidə Kərimova bildirib ki, pulu geri istədikdə həmin şəxs müxtəlif bəhanələrlə vaxt uzatmağa başlayıb: “Sonra dedi ki, ev sahibi Bodrumdadır, telefona cavab vermir. Səhəri gün isə ‘evin yıxılma qərarı çıxıb, ev sahibi evi sizə verə bilməz’ dedi. Bir neçə gün oteldə qaldıq. Daha sonra mənə yeni ev tapacağını və borcu ödəyəcəyini bildirdi. Amma pulu qaytarmadı, hər dəfə müxtəlif səbəblərlə vaxt qazandı. Artıq 12-13 gündür ki, bizi bu şəkildə aldadır”.

Kərimovanın sözlərinə görə, dələduz ona etibar qazandırmaq üçün öz vəsiqə şəklini göndərib: “Vəsiqəsinin şəklini göndərdi və dedi ki, ‘mən dələduz olsam bunu etmərəm’. Lakin onun soyadını IBAN sahibinin soyadı ilə tutuşduranda, eyni soyad olduğunu gördüm. Əvvəl dedi ki, pul ev sahibindədir, sonra dedi ki, özündədir. İndi isə ‘pulum yoxdur, qızıllarımı satıb qaytaracağam’ deyə bizi aldatmağa davam edir. Biz də artıq polisə rəsmi şikayət etmişik. Hazırda bir aylıq müddətə başqa bir mənzildə qalıram.”

Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.


Geri qayıt