Əsas Səhifə > Güney Press > Belə getsə, pivə tapılmayacaq, qiymət isə bahalaşacaq
Belə getsə, pivə tapılmayacaq, qiymət isə bahalaşacaqBu gün, 17:06 |
İqlim dəyişikliyi artıq yalnız təbiətə deyil, qida və içki sənayesinə də ciddi təsir göstərir. Alimlərin son proqnozlarına görə, pivənin əsas komponentlərindən biri olan mayaotu (“humulus lupulus”) bitkisinin məhsuldarlığı və keyfiyyəti iqlim dəyişiklikləri fonunda sürətlə pisləşir. Bəs, mayaotu istehsalında azalma pivənin qiymətinə və çeşidlərinə necə təsir edə bilər? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, mayaotu pivənin həm dad, həm də aroma keyfiyyətini formalaşdıran əsas xammaldır və onun istehsalındakı azalma birbaşa pivə sənayesinə təsir göstərəcək. Ekspertin sözlərinə görə, bu təsirlər əsasən üç istiqamətdə özünü büruzə verəcək, qiymət artımı, çeşidlərin azalması və sənayenin uyğunlaşma cəhdləri.
Ekspert əlavə edib ki, pivə istehsalçıları yeni iqlim şəraitinə uyğunlaşmaq üçün daha sərin regionlarda əkin sahələri axtarmağa və iqlimədavamlı mayaotu sortları üzərində tədqiqat aparmağa məcbur qalacaqlar.
Geri qayıt |