Yeniavaz.comxəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Belə ki, şuranın Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin üçüncü rübü (iyul, avqust və sentyabr ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.
Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü aşağıdakı kimidir:
- 21.8% - informasiya və analitik proqramlar;
- 17.2% - musiqi və əyləncəli proqramlar;
- 15.9% - idman proqramları;
- 15.2% - bədii filmlər və seriallar;
- 10% - reklam məzmunlu materiallar;
- 8.1% - mədəni-maarif janrında proqramlar;
- 3.6% - anonslar və elanlar;
- 3.3% - sənədli film və materiallar;
- 2.3% - sosial proqramlar;
- 1.4% - sosial çarxlar;
- 1.2% - uşaq proqramları və cizgi filmləri.
Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq mümkündür:

