Əsas Səhifə > Güney Press > İrəvandan Zəngəzur açıqlaması
İrəvandan Zəngəzur açıqlamasıBu gün, 13:00 |
“Yerasx (Arazdəyən)-Naxçıvan dəmir yolu xəttinin 1 kilometrlik hissəsi mütləq istifadəyə veriləcək”. Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan belə açıqlama verib. “Düşünürsünüz ki, 40 və ya daha çox kilometrli hissəni inşa edəcəyik, amma həmin 1 kilometroni yox? O hissə də mütləq açılacaq”, - nazir qeyd edib. Ermənistanın baş iqtisadçısı Türkiyə ilə sərhədlərin açılacağına da əminliyini ifadə edib. Onun fikrincə, Türkiyə ilə sərhədlər açıldıqdan sonra Ermənistan dənizlərə çıxış əldə edəcək. Gevorq Papoyanın haqqında bəhs etdiyi 40 kilometrlik yola gəlincə, söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq Zəngəzur dəhlizindən gedir. Geri qayıt |