Əsas Səhifə > Güney Press > Müdafiə Nazirliyinin tenderi niyə ləğv edildi?
Müdafiə Nazirliyinin tenderi niyə ləğv edildi?Bu gün, 11:32 |
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən elan edilmiş tender ləğv edilib. "DİA-AZ" xəbər verir ki, tender “dəftərxana ləvazimatlarının (tədris kitablarının) satın alınması” ilə bağlı elan edilmişdi. Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə (36.1.1-ci maddə), tenderin keçirilməsi mümkün olmayıb.Layihənin ehtimal olunan dəyəri 80 050 manat təşkil edirdi. Müsabiqə 16 sentyabr 2025-ci il saat 12:11-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 9 oktyabr 2025-ci il saat 15:30-da baş tutmalı idi. Geri qayıt |