Əsas Səhifə > Güney Press > Həbsdəki jurnalist aclığı dayandırıb
Həbsdəki jurnalist aclığı dayandırıbBu gün, 10:56 |
“ToplumTV”nin həbsdə olan əməkdaşı Fərid İsmayılov oktyabrın 6-da başladığı aclıq aksiyasını dayandırıb. Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib. Bildirilir ki, bu barədə o, yaxınları ilə telefon danışığı zamanı xəbər verib. Yaxınlarının sözlərinə görə, F.İsmayılov telefon danışığında bildirib ki, o, artıq öz kamerasına qaytarılıb və tələbi yerinə yetirildiyi üçün aclığı dayandırıb. “İndi bir az mədəm narahatdır, günlər sonra ilk dəfə sulu yemək yedim, amma halım yaxşıdır. Hər şey qaydasındadır”, – F.İsmayılov yaxınlarına deyib. F.İsmayılovun aclıq aksiyasına başlaması cəzaçəkmə müəssisəsində təhdid edilməsi və bununla bağlı şikayətinə elə də reaksiya verilməməsi ilə açıqlanmışdı. Məsələyə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Geri qayıt |