Əsas Səhifə > Güney Press > Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda törəməsini yaradıb

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda törəməsini yaradıb


Bu gün, 10:00

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Makine ve Kimya Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, 103, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İlhami Keleşdir.

O həm də Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti "Makine ve Kimya Endüstrisi A.Ş"nin Direktorlar Şurası sədrinin müavinidir.


Geri qayıt