Əsas Səhifə > Güney Press > Aqrar Xidmətlər Agentliyi heyvan sağlamlığı üçün dərman və test dəstləri alacaq
Aqrar Xidmətlər Agentliyi heyvan sağlamlığı üçün dərman və test dəstləri alacaqBu gün, 04:51 |
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün diaqnostikum və dərman preparatlarının satın alınması məqsədilə tender elan edib.32gun.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 36 291,40 AZN-dir.Satınalma çərçivəsində müxtəlif xəstəliklərin təyini üçün Rapid Test Kit-lər alınacaq. Südün tərkibində antibiotikləri müəyyən etmək üçün 4-in-1 test dəstləri, Bovine Crypto, Rota, Corona və E. coli K99 antigen testləri, xlamidiya və bruselyoz xəstəliklərinin təyini üçün testlər nəzərdə tutulub. Məhsuldar heyvanlar üçün boğazlıq testi də təmin olunacaq. Quşçuluq sahəsində quş qripi, Nyukasl xəstəliyi, Gumboro və infeksion bronxit xəstəliklərini təyin etmək üçün Rapid Test Kit-lər alınacaq. Arıçılıq üçün isə Amerika və Avropa cürüməsinin təyini üçün testlər əldə ediləcək. Bundan əlavə, Rose Bengal antigen, novokain, propofol, ketamin və lidokain tərkibli sedasiya üçün dərmanlar, adrenalin və dofamin tərkibli ürək-damar preparatları, dimedrol tərkibli allergiya əleyhinə dərman, qusma əleyhinə aktiv maddəli preparat, natrium xlorid məhlulları və CMT test qabları ilə xüsusi mayelər satın alınacaq. Tenderin məqsədi Kənd Təsərrüfatı heyvanlarının sağlamlıq vəziyyətinin yoxlanılması və baytarlıq xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir. Geri qayıt |