Əsas Səhifə > Güney Press > Rusiya danışıqlara hazırdır, Aİ və Kiyev heç nə etmək istəmir
Rusiya danışıqlara hazırdır, Aİ və Kiyev heç nə etmək istəmirBu gün, 14:46 |
Kreml Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinə hazır olduğunu bəyan edib. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində bildirib. Dmitri Peskov qeyd edib ki, Rusiya sülh nizamlanmasına hazırdır: "ABŞ Prezidenti Donald Tramp da danışıqlar masası arxasında oturmağa çağırır, lakin Avropa İttifaqı və Kiyev bununla bağlı heç nə etmək istəmir”. Geri qayıt |