Əsas Səhifə > Güney Press > Ermənistanda silahlı insident olub,
Ermənistanda silahlı insident olub,Bu gün, 11:36 |
Ermənistanın Abovyan şəhərində oktyabrın 11-i gecə saatlarında atışma və dava baş verib. "Report" yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Məlumata görə, yaralananlardan biri güllə yarası, digəri isə bıçaq xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri son dərəcə ağır qiymətləndirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şəxsiyyəti müəyyən edilməmiş bir qrup şəxs mübahisə edib, daha sonra mübahisə silahlı insidentə çevrilib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri, güllə gilizləri, bıçaq aşkar ediblər. Geri qayıt |