Əsas Səhifə > Güney Press > UEFA Rusiyanı bu yarışa da buraxmayacaq
UEFA Rusiyanı bu yarışa da buraxmayacaqDünən, 18:04 |
Futbol üzrə Rusiyanın gənclərdən ibarət yığması (U19) 2026/27 Avropa çempionatının seçmə turnirində iştirak etməyəcək və müvafiq olaraq, final mərhələsini buraxacaq. Teleqraf xəbər verir ki, bu barədə UEFA müvafiq qərar qəbul edib. Məlumata görə, UEFA-nın baş katibi Teodor Teodoridisin bütün 55 milli assosiasiyaya göndərdiyi dövri məktubda bildirilib ki, U-19 yaş qrupu arasında Avro-2026/27 turnirinin seçmə mərhələlərinin ilk raundlarının püşkatması bu ilin 10 dekabrında İsveçrənin Nyon şəhərində keçiriləcək. Məktuba U-19 komandalarının iştirak siyahısı da əlavə olunub. Siyahıda UEFA-ya üzv olan 55 ölkədən 54-nün adı var. Yalnız Rusiya püşkatmaya dəvət edilməyib. Qeyd edək ki, 2022-ci ilin fevralından Rusiyanın milli və klub səviyyəsində bütün komandaları beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırılıb. Geri qayıt |