Əsas Səhifə > Güney Press > Təhsil Nazirliyi 8 milyon manatlıq tenderinin

Təhsil Nazirliyi 8 milyon manatlıq tenderinin


Dünən, 11:45

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb.

"DİA-AZ" xəbər verir ki, tender respublikanın müxtəlif təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsi məqsədilə təşkil olunub.

Tenderin qalibi "S.H. İnşaat Xidməti" MMC (VÖEN: 1302481541) olub və şirkətlə 8 095 862 AZN dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, "S.H. İnşaat Xidməti" MMC bu il daha əvvəl də 08.05.2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən tenderin qalibi olub. Həmin tender istilik qazanxana ehtiyat hissələri və avadanlıqlarının alınması ilə bağlı idi və şirkət 78 670 AZN məbləğində sifariş qazanmışdı .

Qeyd edək ki, “S.H. İnşaat Xidməti” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səməd Heydərov İsmayıl oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 24, məhəllə 540, mənzil 11 ünvanında yerləşir.


Geri qayıt