Əsas Səhifə > Güney Press > Xalq artisti Əminə Yusifqızı vəfat edib
Xalq artisti Əminə Yusifqızı vəfat edibDünən, 14:53 |
Xalq artisti Əminə Yusifqızı vəfat edib. Bu barədə APA-ya Əməkdar artist Saleh Bağırov məlumat verib. Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda doğulub. Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb. 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib. O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb. Geri qayıt |