Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisi banklara 14 milyard 661 milyon 949 min manat əmanət qoyub. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, adambaşına düşən əmanət məbləği 1 434 manat olub. Qeyd edək ki, ən yüksək əmanət məbləği Bakı şəhərinin payına düşüb. Rəsmi statistikaya görə, Bakı şəhərində əhalinin sayı 2 milyon 351,3 min nəfər olub. Paytaxtda banklara yerləşdirilən əmanətlərin həcmi isə 12 milyard 954 milyon 353 min manat olub. Nəticədə, Bakıda adambaşına düşən əmanət məbləği 5 min 508,5 manat təşkil edib. Ölkənin digər bölgələrində adambaşına düşən əmanət məbləği paytaxt ilə müqayisədə dəfələrlə aşağı olub. Bakıdan sonra ən yüksək əmanət məbləği Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda adambaşına düşən əmanət məbləği Bakı ilə müqayisədə 9,1 dəfə az – 606,6 manat olub. Ən az əmanət isə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb ki, burada adambaşına düşən əmanət məbləği cəmi 1,4 manat təşkil edib. Bu isə paytax Bakı ilə müqayisədə 3 935 dəfə azdır. Azərbaycanın iqtisadi rayonlarında əhalinin sayı, banklardakı əmanətləri və adambaşına düşən əmanət məbləği aşağıdakı kimi olub:

Geri qayıt
|