Əsas Səhifə > Güney Press > Ermənistan ya məhv olacaq, ya...
Ermənistan ya məhv olacaq, ya...Bu gün, 11:48 |
“Robert Köçəryan və Serj Sarkisyanın yaratdığı sistem xalqı yormuşdu, sonda insanlar “artıq bəsdir, daha bu vəziyyətdə yaşamaq istəmirik” deyərək, Serjdən imtina edib inqilab həyata keçirdilər”. Teleqraf xəbər verir ki, bunu erməni heykəltəraş Vigen Avetis deyib. Onun sözlərinə görə, qarşıdakı seçkilər zamanı Sərkisyan, Köçəryan və tərəfdarları siyasi meydandan uzaqlaşdırılmalıdır. “Mən əminəm ki Robert Köçəryan Rusiya məxfi xidmətlərinə tabe olan agentdir və onların planlarını icra etməyə çalışır”, - heykəltəraş vurğulayıb. Vigen Avetis əlavə edib ki, Ermənistanın bütün keçmiş prezidentləri – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan yarıtmaz insanlar olublar, ölkəni öz qaydaları ilə idarə ediblər. Həmçinin o iddia edib ki, Baş nazir Nikol Paşinyan sülh vədinə nail olub və indi dəyişiklik vaxtı gəlib çatıb, artıq dördüncü Respublika qurulmalıdır: “Avqustun 8-də Azərbaycan və ABŞ ilə imzalanmış sənədlər bizim xilasımızdır, bu barədə birinci mən söyləmişəm. Ermənistanın iki istiqaməti var: ya inkişaf edəcək, ya da məhv olacaq”. Avetis Ermənistan vətəndaşlarının Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına hazır olduqlarını da iddia edib. Geri qayıt |