Əsas Səhifə > Güney Press > Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib


Bu gün, 10:00

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Ermənistanın ölkədəki səfiri Narek Mkrçyanla avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi prosesini müzakirə edib.

"Report"un yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyindən bildirilib.

"Tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin, xüsusilə, Ermənistan və ABŞ arasında qarşılıqlı anlaşma memorandumlarının və "Tramp marşrutu" layihəsinin (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) həyata keçirilməsi prosesini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Bildirilib ki, E.Huker ABŞ-nin Cənubi Qafqazda sülh və regional əməkdaşlığın qurulması gündəliyinə sadiq olduğunu təsdiqləyib.


Geri qayıt