Əsas Səhifə > Güney Press > Döyülən uşağın SON HALI: “Müəllim məni yenə döyəcək”
Döyülən uşağın SON HALI: “Müəllim məni yenə döyəcək”Bu gün, 09:22 |
Yardımlı rayonunda müəllim tərəfindən döyüldüyü iddia edilən şagirdlə bağlı yeni təfərrüatlar məlum olub. Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Hamar kəndində baş verib. 5-ci sinif şagirdi Hüseyn Məlikov məktəbdə müəllimi tərəfindən döyüldükdən sonra evdə halı pisləşib. Valideynlərinin sözlərinə görə, azyaşlının gözləri çəpləşib, qarşısındakı dayanan bir adamı iki görür. Əllərində qıcolma və titrəmə yaranan uşaq hadisədən sonra qorxu keçirir və “müəllim məni yenə döyəcək” sözlərini təkrarlayır. Məktəblinin vəziyyəti ilə bağlı həkim müayinəsi aparılıb, hadisə barədə müvafiq qurumlara məlumat verilib. Fakt üzrə araşdırmalara başlanılıb. Geri qayıt |