Əsas Səhifə > Güney Press > Yardımlıda müəllimin şagirdini döydüyü iddiası ilə bağlı araşdırma aparılır
Yardımlıda müəllimin şagirdini döydüyü iddiası ilə bağlı araşdırma aparılırDünən, 17:49 |
"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır". Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Qeyd edək ki, Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edilir. Geri qayıt |