Əsas Səhifə > Güney Press > Türkiyədə azərbaycanlı yeniyetmə tərəfindən qaçırılan qız tapıldı

Türkiyədə azərbaycanlı yeniyetmə tərəfindən qaçırılan qız tapıldı


Dünən, 13:01

Türkiyədə azərbaycanlı yeniyetmə tərəfindən qaçırıldığı bildirilən 16 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.

Teleqraf xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində Nihlenaz Gülər İstanbul marşrutu ilə hərəkət edən avtobusda 17 yaşlı Nadir Həsənovla birgə aşkarlanıb.

Yeniyetmə ailəsinə təhvil verilib.

Qeyd edək ki, N.Gülər oktyabrın 3-də Sakarya şəhərinin Akyazı rayonunda yerləşən evindən çıxaraq geri qayıtmayıb. Qızından xəbər ala bilməyən Gülər ailəsi polisə müraciət etməklə yanaşı, televiziya verilişinə də çıxaraq qızlarının Nadir Həsənov tərəfindən zorla qaçırıldığını iddia etmişdi.


Geri qayıt