Əsas Səhifə > Güney Press > 20 manatlıq şirkət 2 milyon manatlıq tenderdə
20 manatlıq şirkət 2 milyon manatlıq tenderdəDünən, 12:45 |
Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, tender Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin həyata keçirilməsi məqsədilə keçirilib.Tenderin qalibi "ATF" MMC (VÖEN: 6000110131) olub və tərəflər arasında bağlanan müqavilənin dəyəri 2 075 946 AZN təşkil edir. Qeyd edək ki, “ATF” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Azad Muradov Əzəm oğludur. Hüquqi ünvanı Göyçay rayonu, Çayarxi ünvanında yerləşir. Geri qayıt |