Əsas Səhifə > Güney Press > Saakaşvilidən Merkelə reaksiya:
Saakaşvilidən Merkelə reaksiya:Bu gün, 17:30 |
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Almaniyanın sabiq kansleri Angela Merkelin Polşa və Baltikyanı ölkələrə yönəlik ittihamına reaksiya verib. Teleqraf xəbər verir ki, o, vaxtilə Fransanın keçmiş prezidenti Nikola Sarkozinin də ona oxşar sözlər dediyini bildirib. “Angela Merkel Ukrayna müharibəsinə görə Baltikyanşı ölkələri və Polşanı ittiham edib, onun fikrincə, bu ölkələr Rusiya ilə Avropa İttifaqı arasında dialoqun qarşısını alıblar. Bu, mənə çox tanış gəlir, 2008-ci ildən (Rusiya-Gürcüstan savaşından) sonra görüşəndə Prezident Sarkozi mənə sözbəsöz eyni şeyləri demişdi”, - Mixeil Saakaşvili vurğulayıb. Angela Merkel bundan əvvəl bildirib ki, Polşa və Baltikyanı ölkələr Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyəti bölüşürlər. Keçmiş kansler qeyd edib ki, 2021-ci ildə o, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar üçün yeni format yaratmağa çalışıb: “Çünki Putin artıq Minsk razılaşmalarını ciddi qəbul etmirdi”. Həmçinin onun sözlərinə görə, məhz Polşa, Litva, Latviya və Estoniya Rusiyaya qarşı vahid Avropa siyasətinin olmayacağı qorxusundan bu təşəbbüsə qarşı çıxıblar. Merkel iddia edib ki, bu mövqe Avropa İttifaqı və Rusiya arasında münasibətlərin pisləşməsinə gətirib çıxarıb, nəticədə Ukraynada müharibəyə səbəb olub. Geri qayıt |