Əsas Səhifə > Güney Press > "Azərmetalinvest"in səhmdarları yenidən
"Azərmetalinvest"in səhmdarları yenidənBu gün, 09:28 |
03 noyabr 2025-ci il, saat 11.00-da “Azərmetalinvest” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. "DİA-AZ" xəbər verir ki, yığıncağın Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında olması nəzərdə tutulur. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1.Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı; 2.Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi; 3.Cəmiyyətin Ümumi yığıncağ, Müşahidə Şurası, İcra orqanı və təftiş komissiyası haqqında Əsasnamələrin təsdiqi; 4.Cəmiyyətin Müşahidə şurasının, icra orqanının və təftiş komissiyasının (müfəttişin) seçilməsi; 5.Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi məsələsinin müzakirəsi; 6.Digər məsələlər. Ümumi yığıncağın gündəliyi üzrə materiallarla Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: +994505692148 Geri qayıt |