Əsas Səhifə > Güney Press / Partiya > İctimai fəal Rail Abbasov yenidən məhkəmə qarşısında

İctimai fəal Rail Abbasov yenidən məhkəmə qarşısında


6-10-2025, 09:32

Dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.

Qeyd: Rail Abbasov ötən il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt